İraqın paytaxtında güclü partlayış oldu


  • 13:48 / 29 05 2022 |
  • Bölmə: Dünya / Hadisə


İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.

"Rupor" Report-a istinadən xəbər verir ki, partlayış insident nəticəsində restoranın binası uçub.

İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.

INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.




Oxşar xəbərlər