İrəvanda vəziyyət gərginləşdi: Hökumət binası hədəfə alındı


  • 19:52 / 03 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə təşkil etdiyi etiraz aksiyasının iştirakçıları ölkə hökumətinin binasına girşi bağlamağa çalışırlar. 

"Rupor"
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hökumət binasının bütün çıxışlarındayıq və deyirik: "Nikolsuz Ermənistan". Bizim hərəkatı izləyən hər kəs başa düşməlidir: ya ölkəmizi satan satqın rejimdəsiniz, ya da etirazçılar sırasında. Başqa yol yoxdur. Nikolun xalqımızı və ölkəmizi təmsil etməyə haqqı yoxdur”, - deyə müxalifət hərəkatının liderlərindən biri Armen Aşotyan nümayişçilərə müraciət edib.

Hökumət binasına polis və daxili qoşunların gücləndirilmiş dəstələri cəlb olunub.

Qeyd edək ki, mayın 1-dən “Ermənistan” bloku və Respublika Partiyasının, həmçinin “Daşnaksütyun” və “Ana Vətən” partiyalarının iştirak etdiyi müxalifət qüvvələrinin genişmiqyaslı etiraz aksiyaları davam edir.



Oxşar xəbərlər