2026-cı ildə DÇ bu şəhərlərdə keçiriləcək


  • 09:19 / 17 06 2022 |
  • Bölmə: Dünya


2026-cı ildə dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısı açıqlanıb.

“Rupor” xəbər verir ki, beynəlxalq turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi,
Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq.

Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə keçiriləcək.

Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.

Xatırladaq ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatında ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq.

Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.

Bundan başqa həmin il keçiriləcək dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq.

Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya 2002-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi edib.









Oxşar xəbərlər