Qaribaşvili ilə Paşinyan bir araya gəldi


  • 18:02 / 18 06 2022 |
  • Bölmə: Dünya


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana bir günlük işgüzar səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dilicanda baş tutan görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Qeyd olunub ki, söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.



Oxşar xəbərlər