Yaponiya G7 sammitinin keçirilməsi üçün niyə Xirosimanı seçdi?


  • 17:37 / 19 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Nüvə tərksilahından danışan insanlar nüvə müharibəsinin dəhşətini xatırlamaq üçün Xirosimaya gəlirlər. Ona görə də G7 sammitinin keçirilməsi üçün Yaponiyanın seçilməsi başa düşüləndir. 

"Rupor" xəbər verir ki, bunu MDB-EMO beynəlxalq monitorinq təşkilatının icraçı direktoru, siyasi elmlər namizədi Stanislav Bışok deyib.

2023-cü ildə G7-nin sədri vəzifəsini icra edəcək Yaponiya gələn il mayın ikinci yarısında Xirosimada sammit keçirəcək. Onun sözlərinə görə, Yaponiya sammitin keçiriləcəyi yer kimi Xirosimanı seçməklə nüvə tərksilahı məsələlərində öz qətiyyətini nümayiş etdirmək niyyətindədir.

Stanislav Bışok bildirib ki, Yaponiyanın seçiminin altında heç bir anti-Amerika amili yoxdur. “Amerikalıların özləri öz tarixlərində bu hadisə ilə fəxr etmirlər. Ona görə də burada ümumi və başa düşülən bir faciə var” - deyə o, əlavə edib.



Oxşar xəbərlər