Ukraynanın 50 generalı həlak olub - Rusiya MN açıqladı


  • 17:49 / 19 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində “Kalibr” qanadlı raketləri ilə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

"Rupor" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

“Son 24 saat ərzində “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub”, - Konaşenkov deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilib.



Oxşar xəbərlər