Münhen Konfransının rəhbəri Medvedyevi "təlxək" adlandırdı


  • 17:58 / 19 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevi təlxək adlandırıb. 

"Rupor" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Medvedyev bu gün təlxəkdir. Bağışlayın, mən bunu demək məcburiyyətində qaldım” - deyə diplomat Beynəlxalq Dəniz Gücləri Simpoziumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Medvedyev xarici siyasətlə bağlı dəfələrlə sərt açıqlamalar verib. O, Ukraynanın dünya xəritəsində sonrakı mövcudluğuna şübhə etdiyini bildirib.(Publika.az)



Oxşar xəbərlər