Rusiya Ukraynada 33 800 hərbçisini itirib - Rəsmi


  • 11:37 / 20 06 2022 |
  • Bölmə: Dünya


“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 33 800 hərbçi itirib”.

"Rupor" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1477 tank, 3 588 zirehli maşın, 749 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181helikopter, 601 operativ-taktiki PUA, 130 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika, 2527 avtomobilni məhv edib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.




Oxşar xəbərlər