İran Prezidenti Rusiya ilə Ukrayna arasında müharibənin səbəbkarını göstərdi


  • 08:30 / 23 06 2022 |
  • Bölmə: Dünya




"ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir".
"Rupor'" xəbər verir ki, bu fikirləri İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ.Rəisi onu da deyib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakına qadağa qoyub. 





Oxşar xəbərlər