Ukraynada Rusiyaya işləyən cəsus şəbəkəsi ifşa edildi


  • 17:30 / 24 06 2022 |
  • Bölmə: Dünya


Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya Baş Qərargahının Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən casus şəbəkəsini ifşa edib.

“Ukrainskaya pravda”nın yaydığı məlumata görə, şəbəkənin məqsədinin Rusiyaya Ukraynanı ələ keçirməyə kömək etmək olduğu iddia edilir. 

Sözügedən şəbəkəyə Ali Radanın deputatı Andrey Derkaçın da daxil olduğu məlum olub. 

İstintaq məlumatına görə, Andrey Derkaç müxtəlif vilayətlərdə bir sıra şəxsi mühafizə müəssisələrinin yaradılmasına rəhbərlik edib. Bildirilir ki, burada məqsəd bu strukturları Ukraynanın tez bir zamanda ələ keçirilməsində istifadə etmək olub. 

Ukraynanın Təhlükəsizlik Xidməti Derkaç barəsində araşdırma başladıb.(Qafqazinfo)



Oxşar xəbərlər