Norveçdə məşhur barda atışma - Ölənlər var + Video


  • 07:09 / 25 06 2022 |
  • Bölmə: Dünya


Norveçin paytaxtı Osloda gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

"Rupor" xarici mediaya istinadən xəbər verir ki, "London" barında çantasından tapança çıxaran bir nəfər atəş açmağa başlayıb.

Bu barədə hadisənin şahidi olan jurnalist Olav Renneberq danışıb. 

O bildirib ki, hadisə nəticəsində yaralanan səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəziləri ağır yaralanıb. Daha 6 nəfər yüngül xəsarət alıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. İnsidentin motivi hələ də məlum deyil.







Oxşar xəbərlər