İranda güclü zəlzələ
- 09:30 / 25 06 2022 |
- Bölmə: Dünya / Hadisə
İranda 5,6 bal gücündə zəlzələ olub.“Rupor" xəbər verir ki, zəlzələ saat 07:37-də Hörmüzqan ostanının Çarak şəhərində qeydə alınıb.
Yeraltı təkanın gücü ətraf vilayətlərdə də hiss edilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.