
İyunun 26-sı səhər saatlarında Kiyevin Şevçenko rayonuna raketlər düşməsi nəticəsində iki yaşayış binasına ziyan dəyib.
"Rupor'" AZƏRTAC-a istinadən məlumat verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, hazırda binada yaşayan sakinlərin xilasetmə və təxliyə işləri aparılır.









