Putindən Qərb üçün yeni xammal tələsi? – Alman qəzeti


  • 14:50 / 27 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Rusiya Prezidenti Vladimir Putin Boliviyanın köməyi ilə Qərb ölkələri üçün yeni xammal tələsi hazırlayır.

"Rupor" xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.

Məqalə müəllifi Boliviyanın dünyada ən böyük litium yataqlarına malik olduğuna diqqət çəkir. Jurnalistin sözlərinə görə, ölkə elektromobillərin istehsalında geniş istifadə olunan xammalın çıxarılmasında ona kömək edə biləcək biznes tərəfdaşları axtarır.

Müəllif Rusiyanın əsas namizədlərdən biri olduğuna əmin olduğunu bildirib.

“Məhz burada Putinin yeni xammal tələsi qapanmalıdır”, – qəzet yazır.

Məqalə məllifi əlavə edib ki, Moskva bu sahədə Boliviya ilə uğurlu tərəfdaşlıq qura bilsə, Avropa neft və qazla yanaşı Rusiyadan daha bir xammal asılılığına düşə bilər.

“Rusiya Boliviyadakı litium yataqlarına nəzarət edə bilsəydi, bu, müasir iqtisadiyyat üçün sözügedən xammalın əhəmiyyətinə görə onu çox əlverişli vəziyyətə salardı”, – yazıda qeyd olunub. (Publika.az)



Oxşar xəbərlər