“NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək” - Stoltenberq


  • 17:11 / 27 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.

“Rupor”
Report-a istinadən  xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.

Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.



Oxşar xəbərlər