“Ukraynada müharibənin ilin sonunadək bitəcəyinə ümid edirəm” - Makron


  • 17:23 / 28 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


“Ukraynada müharibənin ilin sonunadək bitəcəyinə ümid edirəm”.

“Rupor” Report-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron G7 sammiti çərçivəsində mətbuata açıqlamasında deyib.

“Rusiya qalib gələ bilməz və gəlməməlidir. Ukraynaya dəstəyimiz, Rusiyaya qarşı sanksiyalarımız yaxın həftələrdə və aylarda lazımi səviyyədə və intensivlikdə davam edəcək. Məncə, Ukrayna Prezidenti Volodimir Zelenskinin, ukraynalıların cəsarətini alqışlamaq olar”, - o söyləyib.



Oxşar xəbərlər