Bu ölkədə də meymunçiçəyi virusu aşkarlandı


  • 21:10 / 28 06 2022 |
  • Bölmə: Dünya / Hadisə


Estoniyada ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı aşkarlanıb.

"Rupor"  xəbər verir ki, bu barədə Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, xəstə orta yaşlı kişidir və o, xaricdə xəstəliyə yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 48 ölkədə 3,2 min meymunçiçəyinə yoluxma hadisəsi var. Bir xəstə dünyasını dəyişib.

Avropa İttifaqı meymunçiçəyinə qarşı ilk peyvəndləri alıb.

Meymunçiçəyi 1980-ci ildə rəsmən məhv edildiyi elan edilmiş çiçək xəstəliyinə bənzəyir. Yoluxmuş insanların əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzən ağırlaşmalar ölümcül ola bilər.(Publika.az)



Oxşar xəbərlər