Putinin yaxınlarına da sanksiya tətbiq olundu


  • 23:06 / 29 06 2022 |
  • Bölmə: Dünya


Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

“Rupor" xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Rusiya Prezidenti Vladimir Putinin qohumu Anna Tsivilevanın da sanksiyalardan təsirləndiyi bildirilib.

Tsivileva ilə yanaşı Rusiyanın ikinci ən zəngin adamı, Putinin mühüm dəstəkçilərindən olan Vladimir Potaninə də sanksiya tətbiq edilib.

Böyük Britaniyadan verilən açıqlamada, yeni sanksiyaların “Rusiyanın döyüş maşını”nı zəiflətmək məqsədi daşıdığı qeyd edilib.




Oxşar xəbərlər