Ukraynaya 1 milyard dollar yardım oluna bilər


  • 21:21 / 01 07 2022 |
  • Bölmə: Dünya


Avropa Komissiyası Ukraynaya 1 milyard avro makromaliyyə ayırmağı təklif edib.

Bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tviter hesabında yazıb.

“Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsinin verilməsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək”, - deyə sədr qeyd edib.

O, əlavə edib ki, Aİ Ukraynaya yardım göstərməyə davam edəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

İndi qərar Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.(Qafqazinfo)



Oxşar xəbərlər