Aydn şəhərindəki yanğını söndürmək olmur - 18 helikopter, 11 təyyarə cəlb edilib + Fotolar


  • 09:00 / 26 07 2022 |
  • Bölmə: Dünya



Türkiyənin Aydın şəhərinin Söke rayonunda dünən axşam saatlarından başlanan meşə yanğını güclü külək səbəbindən qısa zamanda genişlənib. 

"Rupor" Haberler.com-a istinadən xəbər verir ki, alova havadan və yerdən müdaxilə edən qruplar yanğını söndürmək üçün səfərbər olunublar. Yanğının indiyədək yaşayış məntəqələrini təhdid etmədiyini bildirən Aydın Valiliyi yanğın istiqamətində olan Yamaç kəndində 147 vətəndaşın yaşadığını, 400 iribuynuzlu mal-qara, 700 qoyun-keçinin olduğunu və bütün hazırlıqların aparıldığını bildirib və onların evakuasiya vəziyyətinə gətirildiyini deyib. 

14 yanğınsöndürmə helikopteri, 3 gecəgörmə helikopteri, 1 idarəetmə helikopteri, 11 təyyarə, 1, qreyder, 6 dozer, 591 nəfər yanğınsöndürən yanğına havadan və qurudan müdaxilə edilir.






Oxşar xəbərlər