Böyük Britaniya deputatları səfirliyimizə hücumu pislədilər


  • 15:08 / 05 08 2022 |
  • Bölmə: Dünya


“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.

"Rupor" "Report"a istinadn xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb.

“APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu
vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, - APPG bildirib.

Qeyd edək ki, APPG Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələri təşviq etmək məqsədilə yaradılıb.




Oxşar xəbərlər