Putin BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakdan imtina etdi


  • 17:57 / 08 08 2022 |
  • Bölmə: Dünya


Sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 77-ci sessiyasında Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. 

"Rupor" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Nümayəndə heyətinə xarici işlər naziri ilə yanaşı, xarici işlər nazirinin müavini Sergey Verşinin, Dövlət Dumasının və Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitələrinin sədrləri Leonid Slutski və Qriqori Karasin, habelə Rusiya Xarici İşlər Nazirliyinin bir sıra departament direktorları daxildir.



Oxşar xəbərlər