Rusiya terrorizmi dəstəkləyən ölkə kimi tanındı


  • 13:28 / 11 08 2022 |
  • Bölmə: Dünya


Latviya Seymi (parlament) Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb.

“Rupor” TASS-a istinadən xəbər verir ki, bu barədə Seymin saytında bildirilir.

“Cümə axşamı günü, avqustun 11-də Seym qəbul etdiyi bəyanatda Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyətini terrorizm kimi, Rusiyanı isə terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb”, - məlumatda deyilir.

Parlament, həmçinin Aİ ölkələrini ruslara və belaruslara viza verilməsini dərhal dayandırmağa çağırıb.



Oxşar xəbərlər