Ukraynanın növbəti prezidenti o seçilə bilər


  • 14:42 / 11 08 2022 |
  • Bölmə: Dünya


Ukrayna Prezident Ofisi başçısının müavini Aleksey Arestoviç ölkənin növbəti prezidenti ola bilər.

“Rupor” xəbər verir ki, bu barədə siyasətçinin özü “V qostyax u Dmitriya Qordona” verilişində qonaq olarkən deyib.

Arestoviç bildirib ki, əgər indiki Prezident Volodimir Zelenski ikinci dəfə namizədliyini irəli sürməsə, özü seçkilərə qatılacaq: “Görüm necə olacaq”.

Qeyd edək ki, A. Arestoviçin 47 yaşı var. 2005-ci ildən siyasətlə məşğuldur. Həmçinin aktyorluq və bloqerlik fəaliyyəti olub.Ailəlidir, üç övladı var.











Oxşar xəbərlər