Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşəcəyi təsdiqlənmədi


  • 14:46 / 11 08 2022 |
  • Bölmə: Dünya


Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyanın növbəti görüşünün sentyabrda keçiriləcəyi ilə bağlı iddiaları təsdiqləməyib.

“Rupor” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Vahan Unanyan münasibət bildirib.

O deyib ki, hazırda bu barədə razılıq yoxdur. Unanyan əlavə edib ki, xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyətə əvvəlcədən, vaxtında məlumat veririk.



Oxşar xəbərlər