Ermənistan müdafə nazirinin keçmiş müavini öldü


  • 10:14 / 13 08 2022 |
  • Bölmə: Dünya / Hadisə


Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

"Rupor" xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.

2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.

2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.



Oxşar xəbərlər