İzmirdə 5 bal gücündə zəlzələ oldu


  • 09:46 / 14 08 2022 |
  • Bölmə: Dünya


Türkiyənin İzmir şəhərinin Menderes səmtində 5,0 bal gücündə zəlzələ baş verib.

“Rupor” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, yerli saatla 06:24-də qeydə alınan zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Ətraf vilayətlərdə, xüsusilə İzmirdə hiss edilən zəlzələdə mənfi halın olmadığı vurğulanıb.
AFAD yerli saatla 06.18-də eyni bölgədə 3,8 bal gücündə daha bir zəlzələnin qeydə alındığını açıqlayıb.



Oxşar xəbərlər