İsrailliləri daşıyan avtobus atəşə tutuldu - Yaralılar var


  • 10:21 / 14 08 2022 |
  • Bölmə: Dünya


Qüdsdə israilliləri daşıyan avtobusun atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb.

“Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qüdsün Köhnə Şəhər Əl-Əqsa məscidi yaxınlığında baş verib.

Avtobusa hücumda 2-si ağır olmaqla 7 nəfərin yaralandığı qeyd edilib.

Hadisədən sonra ərazinin bağlandığı və hücumu törədənlərin axtarıldığı bildirilib.



Oxşar xəbərlər