İsrail Suriyaya silsilə raket zərbələri endirdi


  • 11:43 / 15 08 2022 |
  • Bölmə: Dünya


İsrail ordusu Aralıq dənizi sahillərində Rusiyanın Suriyanın əsas bazaları yaxınlığındakı İran hədəflərinə silsilə raket zərbələri endirib.

"Rupor" xəbər verir ki, bu barədə "Reuters" məlumat  yayıb.

Suriya ordusu İsrailin Tartus əyalətinin cənubuna, digərinin isə paytaxt Dəməşqə eyni vaxtda iki hücumu nəticəsində üç əsgərinin öldüyünü, üç əsgərinin isə yaralandığını bildirib.

Bundan əlavə, Əbu Əfsa kəndi yaxınlığındakı İran bazası, hava hücumundan müdafiə sistemləri və onun yaxınlığında yerləşən RLS ilə birlikdə atəşə tutulub. Zərbələr Rusiya hərbi gəmilərinin dayandığı Tartus limanında Rusiya donanmasının yeganə Aralıq dənizi bazası yaxınlığında endirilib. Rusiya hərbi kontingentinin Suriyadakı əsas aviabazası olan Xmeymim zərbələr endirilən ərazidən çox da uzaqda yerləşir.

Son illərdə İsrailin Suriyadakı İran hədəflərinə yüzlərlə zərbə endirdiyi bildirilir, lakin əsasən Rusiyanın əsas hərbi qüvvələrinin cəmləşdiyi sahilyanı əyalətlərə zərbələr endirməkdən yayınıb.



Oxşar xəbərlər