Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ-a səfər etdi


  • 13:27 / 15 08 2022 |
  • Bölmə: Dünya


Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyətə ABŞ-a səfərə yollanıb.

“Rupor” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində F-16 təyyarələrinin Türkiyə təchizatı və modernləşdirilməsi müzakirə olunacaq.

Xatırladaq ki, indəyədək bu məsələ ilə bağlı Türkiyədə üç dəfə toplantl keçirilmişdi. ABŞ nümayəndə heyəti 2021-ci ilin dekabr ayında və bu ilin fevral-mart aylarında F-16 təyyarələri ilə bağlı fikir mübadiləsi aparmaq üçün Türkiyədə olmuşdular.



Oxşar xəbərlər