Aİ nüvə sazişinin əldə olunması üçün ABŞ və İrana təzyiq edir


  • 13:34 / 15 08 2022 |
  • Bölmə: Dünya


Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün ABŞ və İrana təzyiq edir.

“Rupor” TASS-a istinadən xəbər verir ki, Avropa nüvə sazişi ilə bağlı son təklifini bir neçə gün əvvəl edib: “Əgər bu həftə saziş əldə olunmasa, qorxuram ki, danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salınar”, - Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

Məlumata görə, İran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.



Oxşar xəbərlər