İrəvandakı partlayışda 7 nəfər öldü


  • 20:57 / 15 08 2022 |
  • Bölmə: Dünya



İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, bu Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan öz Facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altından yenicə kişi meyiti çıxarılıb.
“Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir”, - deyə bildirib.
Qeyd edək ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib.





Oxşar xəbərlər