Zelenski Rusiya mövzusunda yeganə şərtini bir daha təkrarladı


  • 21:13 / 18 08 2022 |
  • Bölmə: Dünya


"Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür”.

“Rupor” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bugünkü görüşdə Ukrayna tərəfi münaqişəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilməyib.

O əlavə edib ki, bir çox məsələlərin diplomatik həlli Zelenski, Ərdoğan və Quterreşin qərarlarından asılıdır.



Oxşar xəbərlər