Ərdoğan Rusiya-Ukrayna müharibəsində inandığı həqiqəti açıqladı


  • 21:26 / 18 08 2022 |
  • Bölmə: Dünya


Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanır”.

"Rupor'" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündən sonra deyib. 

Ərdoğanın sözlərinə görə, bugünkü görüşdə müharibəyə son qoymaq üçün atılacaq addımlar müzakirə olunub. O ümid edir ki, taxıl ixracı sazişindən yaranan “müsbət atmosfer” Ukrayna və Rusiya arasında daimi sülhə çevrilə bilər.

“Şəxsən mən müharibənin sonda danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əslində, cənab Zelenski və cənab Quterreş də bununla razıdırlar. Bütün məsələ danışıqlar masasına gedən ən qısa və ədalətli yolu müəyyən etməkdir", - Ərdoğan bildirib.

Türkiyə lideri həmçinin qeyd edib ki, o, Ukrayna ilə Rusiya arasında mart ayında İstanbulda keçirilən görüş zamanı formalaşmış parametrlər üzrə danışıqları canlandırmağı mümkün hesab edir.

“Biz bu məqsədə çatmaq üçün hər cür dəstəyi göstərmək üçün yenidən təşəbbüskar və ya vasitəçi rolunu oynamağa hazırıq”, - o əlavə edib.



Oxşar xəbərlər