Rusiyada səfərbərliyə qarşı küçə ixtişaşları başladı - Adamlar ölkədən qaçırlar + Fotolar


  • 09:08 / 22 09 2022 |
  • Bölmə: Dünya / Hadisə


Rusiya Prezidenti Vladimir Putinin ölkdən səfərbərlik elan olunması qərarından sonra vətəndaşlar küçələrə çıxaraq etraz edirdlər. Etirazçılar yerli polislə qarşıdurma həddindədirlər. Xeyli sayda saxlanılanlar var. 

"Rupor" Rusiyada yayımlanan sosial şəbəkələrə istinadən xəbər verir ki, rusların ölkəni kütləvi tərk etdikləri də Flightradar24.com xəritəsindən aydın görünür. Rusiya üzərindən uçuş trafiki aktivdir. Təyarələrin əksəriyyətinin Avropa ölkələri və Türkiyəyə uçduğu görünür. 

Haberler.com- isə yazır ki, səfərbərlikdən qaçan ruslar Gürcüstan və Finlandiya sərhəd-keçid məntəqəsində uzun növbələr yaradıblar. Nəticədə yaranan uzun növbə sosial mediada paylaşılıb.

Rusiyada səfərbərlik çağırışına əməl etməyənləri 10 ilə qədər həbs cəzası gözləyir. Yeni qaydaya görə komandanlığın əmrlərinə tabe olmayan və silahlı əməliyyatlarda iştirakdan imtina edənlər 2 ildən 3 ilə qədər azadlıqdan məhrum olunacaqlar. 







Oxşar xəbərlər