İranda öldürülən aksiyaçıların sayı 31 oldu


  • 17:52 / 22 09 2022 |
  • Bölmə: Dünya / Hadisə


İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazlar səngimir.

İran nternational” nəşrinə istinadən xəbər verir ki, aksiyalar zamanı 10 nəfər həlak olub.

Məlumata görə, etirazçılar polislə qarşıdurma zamanı güllələnib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

***

“Iran Human Rights” qeyri-hökumət təşkilatının məlumatına görə, İranda 6 gündür davam edən aksiyalar zamanı həlak olanların sayı 31-ə çatıb. (*Qafqazinfo”)



Oxşar xəbərlər