Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum başladı


  • 10:01 / 23 09 2022 |
  • Bölmə: Dünya


Bu gündən başlayaraq sentyabrın 27-nə qədər Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum keçirilir.

Seçkilərin ilk 4 günü səsvermə seçki məntəqələrində deyil, yaşayış yerlərində və vətəndaşların ziyarət edilməsi yolu ilə keçiriləcək. Həmin vilayətlərin sakinləri yalnız sentyabrın 27-si seçki məntəqələrində səs verə bilərlər. Səslərin sayılması da məhz həmin gün başlayacaq. 



Oxşar xəbərlər