Türkiyə iki məşhur terrorçunu ələ keçirdi - Foto


  • 12:09 / 23 09 2022 |
  • Bölmə: Dünya


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan iki terrorçusunu saxlayıb.

"Rupor” Haberler.com-a istinadən xəbər verir ki, sözügedən şəxslər - Atilla Çiçek və Hüseyin Yıldırım Türkiyə kəşfiyyatçıları tərəfindən ölkənin sərhəd xəttində həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

Məlumata görə, həmin şəxslər 2012-ci ilin sentyabrında Tuncelidə və 2020-ci ilin avqustunda Ağrı Doğubayazıtda həyata keçirilən hücumlarda iştirak ediblər. 

Qeyd edək ki, Tuncelidəki insident zaman 6 əsgər və 1 mülki şəxs olmaqla 7 nəfər, Ağrı Doğubayazıtda isə 2 əsgər həlak olub.




Oxşar xəbərlər