Rusiyada hərbi komissar güllələnərək öldürüldü - Video


  • 10:54 / 26 09 2022 |
  • Bölmə: Dünya / Hadisə


Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.

Məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib. (Report)







Oxşar xəbərlər