Qazaxıstan Rusiya ilə bağlı yayılan xəbəri təkzib etdi


  • 17:40 / 26 09 2022 |
  • Bölmə: Dünya


Qazaxıstanın Rusiya ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələri normal qaydada fəaliyyətini davam etdirir”.

“Rupor” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.
Bildirilir ki, Rusiya tərəfindən məntəqələrin bağlanması barədə məlumat daxil olmayıb.

Qeyd edilir ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı məlumat yayılsa da, Qazaxıstanın bütün sərhəd-keçid məntəqələri adi qaydada işləyir.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.



Oxşar xəbərlər