Türkiyədə polis idarəsinə silahlı hücüm - Bir polis öldü + Video - Yeniləndi


  • 09:08 / 27 09 2022 |
  • Bölmə: Gündəm / Dünya / Hadisə




AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Türkiyə vaxtı ilə 22:42 radələrində Polis Evini mühafizə edən polis əməkdaşlarına silahlı hücum olub. Nəticədə iki qadın terrorçu ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.

İlkin məlumata görə, yaralı halda ələ keçəcəklərini düşünən qadın terrorçular özlərini partladıblar.
Terror nəticəsində bir polis həlak olub, digəri yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu yerli hakimiyyət orqanlarının rəhbərləri ilə birlikdə terror aktı törədilən əraziyə gəlib. Nazir əminliklə bildirib ki, terrorçularla əlaqəsi olan şəxslər ən qısa zamanda aşkar olunacaq.

Xatırladaq ki, sentyabrın 26-da Türkiyənin təhlükəsizlik qüvvələri Mersində İŞİD terror təşkilatına qarşı geniş miqyaslı antiterror əməliyyatı keçirib və 8 şübhəli həbs edilib.


***

Türkiyənin Mersin şəhərində silahlı şəxslər polis şöbəsinə hücum edib.

"Rupor" Haberler.com-a istinadən xəbər verir ki, silahlılarla polislər arasında baş verən atışma nəticəsində biri ağır olmaqla iki polis əməkdaşı yaralanıb. Hücumun ardınca isə polis şöbəsinin yaxınlığına qoyulan bomba partladılıb.

Hadisədən dərhal sonra əməliyyat keçirən polis bir silahlını şübhəli şəxs qismində saxlayıb.












 






Oxşar xəbərlər