Putin 3 gün sonra Ukraynaya daha ağır zərbə olan qərar verə bilər


  • 11:30 / 27 09 2022 |
  • Bölmə: Dünya / Hadisə


"Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır. O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir".

"Rupor" xarici mediaya istinadən xəbər verir ki, bu qənati Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Xatırladaq ki, V.Putinin sentyabrın 21-də xalqa müraciətindən sonra Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporejye kimi bölgələrində referendumlar başlayıb.

Elnur




Oxşar xəbərlər