Ermənistan KTMT-nin təlimlərindən imtina etdi


  • 15:50 / 27 09 2022 |
  • Bölmə: Dünya


Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etməkdən imtina edib.

“Rupor” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir: “Ermənistan Müdafiə Nazirliyindən KTMT təlimlərində iştirak etməməklə bağlı rəsmi məlumat daxil olub. Bunu təsdiq edirik”.

Sentyabrın 26-sı Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayıb. Təlimlər oktyabrın 8-nə qədər davam edəcək.



Oxşar xəbərlər