Rusiya Zaporojyedə humanitar karvanı raketlə vurdu - Xeyli ölənlər və yaralananlar var


  • 12:40 / 30 09 2022 |
  • Bölmə: Dünya / Hadisə


“Bu gün səhər saatlarında Rusiya ordusu Zaporojye vilayətində humanitar karvana raket zərbələri endirib”.

“Rupor” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 23 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.

Starux qeyd edib ki, sakinlər öz qohumlarını götürmək və kömək aparmaq üçün Zaporojye vilayətinin Rusiya qoşunlarının nəzarətində olan hissəsinə keçmək üçün növbədə gözləyib. Bu zaman humanitar karvana zərbə endirilib.




Oxşar xəbərlər