ABŞ-la Türkiyə arasında yeni qovğa çıxa bilər - Silah embarqosuna son


  • 15:26 / 30 09 2022 |
  • Bölmə: Dünya


Ankara Vaşinqtonun Kiprə silah tədarükü embarqosunu ləğv etməsinə konkret cavab verəcək.

AZƏRTAC, “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz ABŞ-ın bu qərarına konkret addımlarla cavab verəcəyik”, - Mövlud Çavuşoğlu belə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların embarqonu ləğv etməsinə cavab olaraq Türkiyə Şimali Kipr Türk Respublikasında hərbi mövcudluğunu artırmaq və Kipr türklərinin müdafiəsi üçün oraya zəruri silah-sursat çatdırmaq niyyətindədir.

ABŞ Kiprə silah tədarükünə 35 il əvvəl qoyulmuş embarqonun ləğv olunduğunu sentyabrın ortalarında elan edib. Dövlət katibi Entoni Blinken bildirib ki, Nikosiya 2023-cü maliyyə ilində Amerika hərbi məhsullarını almaq üçün bütün şərtləri yerinə yetirib.



Oxşar xəbərlər