Putindən anglosakslara “Şimal axını” ittihamı


  • 17:25 / 30 09 2022 |
  • Bölmə: Dünya


“Anglosakslar faktiki olaraq Avropanın enerji strukturunun məhv edilməsinə başlayıblar”.

“Rupor" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mərasim zamanı “Şimal axını” qaz boru kəmərlərində baş verən qəza mövzusunda danışarkən deyib. 

Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir.











Oxşar xəbərlər