Paşinyan sülh sazişi imzalamağa razıdır


  • 22:31 / 30 09 2022 |
  • Bölmə: Dünya


“Bütün keçdiyimiz sınaqlara baxmayaraq, Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır. Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz Azərbaycan naziri ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlamalıdır.

Əslində, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur. Müəyyən bir mətnin alınması arzuolunan olardı. Bu, o demək olardı ki,  irəliləyiş əldə olunub".

"Rupor" xəbər verir ki, bu fikirləri  Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.






Oxşar xəbərlər