"Qələbə bizim olacaq" - Putin + Video


  • 23:17 / 30 09 2022 |
  • Bölmə: Dünya


Rusiya yeni əraziləri dəstəkləmək və onların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.

Erməni mediasına istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Ukraynaya məxsus 4 bölgənin Rusiyaya birləşdirilməsi münasibətilə keçirilən konsert-mitinqdə çıxışı zamanı bildirib.

"Biz Zaporojyedə, Xersonda, Donetskdə və Luqanskda qardaş və bacılarımızı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu ərazilərdə təhlükəsizliyi təmin etmək və bu insanlar üçün təhlükəsizlik səviyyəsini artırmaq üçün hər şeyi edəcəyik" , - deyə Putin bildirib.

Putin ilhaq edilmiş ərazilərdə iqtisadiyyatı və infrastrukturu bərpa edəcəyinə söz verib və çıxışını, “Qələbə bizim olacaq” - sözləri ilə bitirib.

"Biz birlikdə olduğumuz üçün gücləndik. Bizimlə həqiqət, həqiqətdə isə güc var. Deməli, qələbə bizim olacaq!", - Putin qeyd edib. ( “Qafqazinfo” )





Oxşar xəbərlər