Bu hadisəyə görə La Liqa oyunları sükutla başlanacaq


  • 17:57 / 02 10 2022 |
  • Bölmə: Dünya / İdman


İspaniya La Liqasında 7-ci və 8-ci turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

“Rupor” xəbər verir ki, oyunlarda “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının 11-ci tur matçından sonra vəfat edənlərin xatirəsi yad olunacaq.
Oyun “Persebaya”nın 3:2 hesablı qələbəsi ilə bitib. Matçdan sonra “Arema” azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər vəfat edib.




Oxşar xəbərlər