Zaporojya Atom Elektrik Stansiyası Rusiyanın mülkiyyətinə keçdi


  • 22:03 / 05 10 2022 |
  • Bölmə: Dünya


Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.

Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib.

Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.
 Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. (“Qafqazinfo”)



Oxşar xəbərlər